toksiki maddə

ру токсичное вещество en toxic substance de giftige Substanz fr matière toxique es sustancia tóxica it sostanza tossica
toksiki
toksikilik
OBASTAN VİKİ
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. == Ümumi məlumat == Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Butan (maddə)
Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır. Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir. == İzomerləri == Butanın 2 izomeri var: == Fiziki xassələri == Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır. 100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Bəsit maddə
Bəsit maddə — eyni element atomlarından təşkil olunur. dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar (kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa malik olduğundan müxtəlif xassəlidir. Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər: metallar və qeyri-metallar. Metallar: adi şəraitdə bərk (civədən başqa) halda olur, elektrik cərəyanını və istiliyi yaxşı keçirir, plastik xassəlidir - döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn, Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların adları elementlərin adı ilə eynidir. Qeyri-metallar: adi şəraitdə qaz, maye və bərk halda olur, istiliyi pis keçirir, elektriki isə əsasən, keçirmirlər, Adi şəraitdə bərk halda olan qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə asanlıqla qırılır.
Dekan (maddə)
Dekan (C10H22) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Maddə 22
«Maddə 22» (ing. Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur. == Maraqlı faktlar == Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır.
Maddə miqdarı
Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən, n {\displaystyle n} (en) latın və ya ν {\displaystyle \nu } (nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda ν {\displaystyle \nu } yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir ( [ ν ] = m o l ) {\displaystyle ([\nu ]=\mathrm {mol} )} . Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların N {\displaystyle N} sayının N A {\displaystyle N_{A}} Avoqadro sabitinə nisbətinə bərabərdir: ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{A}}}} Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. ν {\displaystyle \nu } maddə miqdarını maddənin m ( m = m 0 N ) {\displaystyle m\ \left(m=m_{0}N\right)} kütləsinin M ( M = m 0 N A ) {\displaystyle M\ \left(M=m_{0}N_{A}\right)} molyar kütləsinə nisbəti kimi də tapmaq olar: ν = m M {\displaystyle \nu ={\frac {m}{M}}} Burada m 0 {\displaystyle m_{0}} kəmiyyəti molekulun kütləsidir.
Mürəkkəb maddə
Mürəkkəb maddə — Bir neçə növ element atomlarından təşkil olunan kimyəvi birləşmə. Mürəkkəb maddələr bəsit maddələrdən fərqli olaraq böyük qruplara bölünürlər və müxtəlif növ atomlardan əmələ gəlmiş olurlar. Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə — siri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq. Borudan çıxan qazın oksigen olduğunu, "Həyat bilgisi" kursundan bildiyiniz kimi, közərmiş çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan çıxan qazı kiçik sınaq şüşəsinə yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik "pax" səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır. Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o, mürəkkəb maddədir.
Psixotrop maddə
Psixotrop maddə və ya psixoaktiv maddə mərkəzi sinir sisteminə təsir edərək onun quruluşunu molekulyar səviyyədə dəyişir. İnsanlarda psixotrop maddələr psixikada düşüncə, qavrama, emosional vəziyyətlərdə dəyişiklik yaradır. Psixotrop maddə asılılıq yaratma xüsusiyyətinə malik ola bilər. Ən çox dünyada yayılmış psixotrop maddə kofeindir. Psixotrop maddənin yuxarı dozası toksik və ölümcül ola bilər.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
25 maddə proqramı
"25 maddə" nasional-sosialist proqramı (alm. 25 Punkte-Programm N.S.D.A.P.‎) — 1920-ci il aprelin 1-dən NSDAP-ın rəsmi proqramı. == Tarixi == 5 yanvar 1919-cu ildə Anton Drekslerin Müstəqil fəhlə komitəsi və Karl Harrerin Siyasi fəhlə ittifaqının birliyi tərəfindən Alman Fəhlə Partiyası (“Deutsche Arbeiterpartei”; DAP) yaradıldı. Adolf Hitler 1919-cu ilin sentyabrında ona qoşuldu. 24 fevral 1920-ci ildə Münhendəki Hofbräuhausda keçirilən iclasda Hitler Adolf Hitlerin özü, Qotfrid Feder və Anton Dreksler (Herman Esserin iştirakı ilə) tərəfindən tərtib edilmiş “25 maddə” proqramını elan etdi. Sonra partiyanın adının dəyişdirilməsi qərara alındı ​​- ona "nasional sosialist" sözü əlavə edildi. 1920-ci il aprelin 1-də “25 maddə” NSDAP-ın rəsmi proqramına çevrildi və 1926-cı ildə onun müddəaları “sarsılmaz” elan edildi.
Zəhərli kimyəvi maddə
Zəhərli kimyəvi maddələr — kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri zəhərli kimyəvi maddələrdəndir. Ərzaq məhsullarında zəhərli maddələrin (məs., pestisidlərin) maksismum yol verilən səviyyəsi.
Təbii neyroaktiv maddə
Təbii neyroaktiv maddə (TNM) — digər neyronların və ya əzələ hüceyrələrinin fəaliyyətinə təsir edən neyronlar tərəfindən istehsal olunan kimyəvi maddə. Təbii neyroaktiv maddələrə neyrotransmitterlər, neyrohormonlar və neyromodulyatorlar daxildir. Neyrotransmitterlər sinapslar vasitəsilə yalnız qonşu neyronlar arasında işləyir. Neyrohormonlar qana salınır və məsafədə hərəkət edir. Bəzi təbii neyroaktiv maddələr həm ötürücü, həm də hormon rolunu oynayır.
Bioloji aktiv maddə
Bioloji aktiv maddələr — aşağı konsentrasiyalarda canlı orqanizmlərin müəyyən qruplarına (ilk növbədə insanlara, o cümlədən bitkilərə, heyvanlara, göbələklərə və s.) və ya onların hüceyrələrinin ayrı-ayrı qruplarına nisbətən yüksək fizioloji aktivliyə malik kimyəvi maddələr. Maddələrin fizioloji aktivliyi həm onların tibbi istifadə imkanları nöqteyi-nəzərindən, həm də insan orqanizminin normal fəaliyyətinin təmin edilməsi və ya bir qrup orqanizmə xüsusi xassələri (məsələn, mədəni bitkilərin xəstəliklərə qarşı artan müqaviməti kimi). Bioloji aktiv maddələr fermentlər, hormonlar, vitaminlər, antibiotiklər böyümə stimulyatorları (auksinlər, gibberellinlər, kininlər), herbisidlər, insektisidlər, biogen stimullaşdırıcılar (tərkibində bəzi dikarboksilik və humik turşular, arginin, ammonyak, prostamitlər, mikroelementlər, neyromediatorlar, pirogenlər və s. Mənşəyinə görə bioloji aktiv maddələr biogen və abiogenə bölünür. == Fizioloji rol == Bioloji aktiv maddələr son dərəcə müxtəlif fizioloji funksiyalara malikdir. Məsələn, bəzi maddələr bədxassəli şişlərin böyüməsini ləngidə bilər və ya onların inkişafını tamamilə yatıra bilər. == Qidada bioloji aktiv maddələr == Qida ilə birlikdə insan normal həyat üçün lazım olan bioloji aktiv maddələrin çoxunu alır; Onların arasında alkaloidlər, hormonlar və hormona bənzər birləşmələr, vitaminlər, mikroelementlər, biogen aminlər, neyromediatorlar var. Onların hamısı farmakoloji fəaliyyətə malikdir və bir çoxları farmakologiya ilə bağlı güclü maddələrin ən yaxın prekursorları kimi xidmət edir .
Maddə və sahə zərrəcikləri
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.